Bakı Sağlamlıq Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır

3 iyun 2022-ci il tarixində Bakı Sağlamlıq Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rekrotu Mustafa Babanlı açılış nitqi ilə çıxış edərək, ölkənin aparıcı təhsil və səhiyyə sahəsinin iştirakçıları olan müəssisələr arasında tərəfdaşlıq memorandumunun imzalanmasından məmnuniyyətini bildirmiş, əməkdaşlığın hədəfləri ilə bağlı gözləntilərini və planlanan nəticələrin müzakirəsi ilə bağlı tələbələr ilə fikirlərini bölüşmüşdür. Tədbirin davamında Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov ölkənin aparıcı təhsil ocaqlarından olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə tərəfdaşlıq memorandomu imzalamaqlarından məmnun olduqlarını, qarşıya qoyulan hədəflərə çatmaq üçün birgə layihələrin ən qısa zamanda başlanılması və imzalanmış memorandumun həm təhsil həm səhiyyə sahəsində yeniliklərə imza atmaqla bağlı qarşıya ciddi hədəflər qoyulduğunu bildirmişdir. Tədbirin ikinci hissəsində Bakı Sağlamlıq Mərkəzinin həkim radioloqları İlham Kazımov və Nuridə Tağıyevə tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biotexniki Mühəndislik fakultəsinin tələbələrinə şüa diaqnostika sahəsində istfadə olunan cihazlar, onların ən son texnoloji nəaliyyətləri və yenilikləri barədə seminar keçirilmişdir. Memorondumdan irəli gələrək işləniləcək layihələrin detalları barədə ətraflı məlumat ictimaiyyətlə bölüşüləcək.

Diqər xəbərlər